İmişlidə avtomobil kanala düşüb, sürücü ölüb
İmişli, 18 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə yol qəzası baş verib, avtomobil su kanalına aşıb və bir nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 22 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 14-BF-338 dövlət nömrə nişanlı vaz-2106 markalı avtomobil idarə etmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Hadisə zamanı avtomobilin sürücüsü Şahverdiyev Vəli Nuşirəvan oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.