İmişlidə baş verən qəzada velosipedçi ölüb
İmişli, 8 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində velosiped sürən gənc hadisə yerində ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul-Horadiz-Mincivan avtomobil yolunun İmişli rayonu Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü Gülmalıyev İsmayıl Ağabala oğlu velosipedlə hərəkətdə olarkən KİA markalı avtomobil tərəfindən vurulub. Velosipedçi hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən gəncin atası da bir neçə il əvvəl velosiped sürərkən yol qəzası nəticəsində dünyasını dəyişib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.11.2026 [21:22]
Xudatda avtomobil yanaraq yararsız hala düşüb
- 11.11.2026 [15:15]
Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO
- 11.11.2026 [12:09]
Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 11 faiz artıb
- 11.11.2026 [12:06]
Naxçıvanda vergi daxilolmaları 11 faizə yaxın artıb
- 11.11.2026 [11:52]
Ballıca sakini: Nəvələrim mənim oxuduğum məktəbdə təhsil alırlar VİDEO
- 10.11.2026 [23:34]
Zaqatalada Vətən Müharibəsi Qəhrəmanının büstünün açılış mərasimi olub
- 10.11.2026 [21:05]