İmişlidə ev yanıb VİDEO
İmişli, 19 mart, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə saat 18 radələrində İmişli rayonu Soltanmuradlı kəndində qeydə alınıb. Kəndin sakini Əyyub Camalova məxsus birmərtəbəli, iki otaq və bir zaldan ibarət evdə sürətlə güclənən alov evi tam bürüyüb.
Hadisə yerinə İmişli Rayon Yanğından Mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.
Xəsarət alan olmasa da, ev içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Hadisə ilə bağlı araşdırma aparılır.