İmişlidə fərdi yaşayış evi yanıb
İmişli, 4 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonu ərazisində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 19 radələrində İmişli rayonu Yuxarı Qaralar kəndində qeydə alınıb. İsrafil Əzimova məxsus fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə güclənib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Operativ tədbirlər nəticəsində yanğın söndürülüb, onun ətraf tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ümumi sahəsi 130 kvadratmetr olan evin 70 kvadratmetri yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [22:00]
“Zəfər sədası” müsabiqəsində ən yaxşı bədii qiraətçilər seçilib
- 06.11.2026 [21:30]
Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub
- 06.11.2026 [21:14]
Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
- 06.11.2026 [20:44]
“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ
- 06.11.2026 [20:27]
Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər
- 06.11.2026 [19:47]
Cahangirbəylinin həyat ağacı - FOTOLAR
- 06.11.2026 [19:45]
MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub
- 06.11.2026 [19:43]