REGİONLAR
İmişlinin ucqar kəndində modul tipli məktəbin açılışı olub
İmişli, 11 fevral, Aydın Yavərzadə, AZƏRTAC
İmişlinin ucqar kəndində modul tipli məktəb istifadəyə verilib. Yeni məktəbdə şagirdlərin təlim-tədrisi üçün lazımi şərait yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayonu Axıcanlı kəndində yeni modul tipli məktəbin açılış mərasimində rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin nümayəndələri, məktəb kollektivi, kənd sakinləri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Axıcanlı kəndində fəaliyyət göstərən ilk bina 1972-ci ildə istifadəyə verilib. Bir neçə dəfə cari təmir aparılsa da, bina tələblərə cavab vermədiyi üçün yeni modul tipli məktəbin inşasına başlanılıb. Qısa müddətdə tikintisi başa çatdırılan məktəb kollektivin ixtiyarına verilib. Yeni məktəb binasında 11 sinif otağı kitabxana laboratoriya və digər xidməti otaqlar mövcuddur. Tikili müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib eyni zamanda müşahidə kameraları quraşdırılıb. Diqqətə çatdırılıb ki, məktəbdə 152 şagirdin təlim tədrisi üçün 23 müəllim çalışır. Diqqətə çatdırılıb ki, məktəbdə yaradılan şərait təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək.
Daha sonra məktəbdə yaradılan şəraitə baxış keçirilib. Şagird və müəllim kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.