İndi də Əlcəzair meşələri yanır
Bakı, 10 avqust, AZƏRTAC
Əlcəzair ərazisində azı dörd nəfərin ölümünə səbəb olan meşə yanğınları yayılmaqdadır.
AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, Əlcəzairin paytaxtından 100 kilometr şərqdə, dağ rayonlarında meşə yanğınları nəticəsində dörd nəfər həlak olub, üç nəfər isə xəsarət alıb.
Yanğınsöndürənlər helikopterlərin köməyi ilə Tizi Uzu əyalətində tüğyan edən bir neçə yanğının qarşısını almağa çalışır.
Xatırladaq ki, hazırda Yunanıstan, Türkiyə, Monteneqro və bir sıra digər Avropa dövlətləri anomal isti və quraq hava şəraitinin səbəb olduğu meşə yanğınlarından əziyyət çəkir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]