DÜNYA
İndi “Google Duo” messencerində səsli zənglər hamı üçün əlçatandır
Bakı, 11 aprel, AZƏRTAC
Ötən il “Google” şirkəti “Allo” messenceri ilə yanaşı, videokonfranslar üçün “Duo” xidmətini təqdim edib. Bu xidmət istifadəyə verildikdən 1 həftə sonra “Google Play” rəqəmli mağazasında ən populyar pulsuz mobil tətbiqlərin reytinqində lider olub. “Duo” tətbiqinin populyarlığına baxmayaraq, istifadəçilər bu xidmətin məhdud imkanlarından şikayətləniblər və nəticədə xidmətin auditoriyası sürətlə azalmağa başlayıb. Ötən ayın sonunda xidmətin yaradıcıları tərəfindən istifadəyə verilmiş səsli rabitə funksiyası indiyədək yalnız Braziliyada əlçatan olub. İndi isə səsli rabitə imkanı hər kəs üçün əlçatandır.
AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, “Google Duo 9.1.1516” versiyasının çıxarılmasından sonra tətbiqin yuxarı hissəsində video və səsli mesaj rejimləri arasında çevirici peyda olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]