REGİONLAR
İndiyədək Oğuzda 8,6 tonadək yaş barama istehsal edilib
Oğuz, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Oğuz rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 2 dəfədən çox artırılaraq 12 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 300 qutu və ya 5,7 kiloqram ipəkqurdu paylanılıb. Hazırda rayonda istehsalçılardan barama tədarükü davam edir. Oğuzlu kümçülər indiyədək qəbul məntəqəsinə 8 ton 585 kiloqram yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Bayan kənd sakini Qalib Seyidxanov indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 330 kiloqram yaş barama təhvil verib. Padar kəndindən Gülnarə Yunusova builki mövsümdə 252 kiloqram, Yaqublu kəndindən Sahibə Allahverdiyeva isə 240 kiloqram yaş barama istehsal ediblər.