Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İndoneziya Respublikasının Prezidenti Coko Vidododan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, eləcə də xalqınıza davamlı tərəqqi, firavanlıq diləyir, ən xoş arzularımı çatdırıram.

Ümidvaram ki, İndoneziya və Azərbaycan arasında mövcud olan dostluq münasibətləri xalqlarımızın və ölkələrimizin rifahı naminə davamlı inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı, Sizə möhkəm cansağlığı və rifah arzularımı qəbul edin.

 

Coko Vidodo

İndoneziya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin