DÜNYA
İndoneziyada güclü vulkan püskürməsi baş vermişdir
Bakı, 31 dekabr (AZƏRTAC). İndoneziyanın Sumatra adasında Sinabunq vulkanının püskürməsi nəticəsində ətraf ərazilərdən 20 min nəfər köçürülmüşdür.
Reuters agentliyinin yaydığı xəbərə görə, vulkanın püskürdüyü külün hündürlüyü 7 kilometrə çatır. Seysmoloqlar vulkanın fəallığının daha da artacağını proqnozlaşdırırlar. Bununla əlaqədar hakimiyyət orqanları kraterdən 10 kilometr radiusda yaşayan 100 min nəfərin mümkün köçürülməsinə hazırlıq görürlər.
Xəbərdə qeyd olunur ki, Sinabunq vulkanı 400 illik fasilədən sonra 2010-cu ilin avqustunda oyanmışdı. Həmin ilin sentyabrında baş vermiş püskürmə nəticəsində 15 minədək yerli sakin ev-eşiyini tərk etməyə məcbur olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [20:01]
Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]