DÜNYA
İndoneziyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 430 nəfəri keçib
Tokio, 13 avqust, AZƏRTAC
İndoneziyada avqustun əvvəllərində baş verən güclü silsilə zəlzələlər nəticəsində həlak olanların sayı 436 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsinə (BNPB) istinadla məlumat yayıb.
BNPB-dən bildirilib ki, zəlzələ nəticəsində 1353 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 67 mindən artıq ev dağılıb. Ümumilikdə 387 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Xəbər verdiyimiz kimi, avqustun əvvəllərində Lombok adasında güclü silsilə zəlzələlər qeydə alınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]