Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İndoneziyalı gənclər erməni işğalı nəticəsində dağıdılmış ərazilərin bərpasında Azərbaycan hökumətinə dəstəklərini ifadə ediblər

Bakı, 1 avqust, AZƏRTAC

İndoneziya Gənclər Şurası və İƏT İndoneziya Gənclər Təşkilatının təşkilatçılığı, İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) dəstəyi, eləcə də İndoneziya Respublikasının Xalq Məşvərətçi Assambleyasının tərəfdaşlığı ilə iyulun 30-31-də İndoneziyanın qanunverici orqanının (Majelis Permusyawaratan Rakyat Republik Indonesia) binasında İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitənin (COMCEC) sessiyasını simulyasiya edən İƏT Modeli konfransı keçirilib. Konfrans iki aya yaxın davam edən İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyasının yekunu olaraq baş tutub.

İƏGF-ARM-dən AZƏRTAC-a bildiriblər ki, İndoneziyanın aparıcı universitetlərindən 50-dən çox tələbənin qatıldığı simulyasiya oyunları “İqtisadi Canlanma: COVID-19 pandemiyasının nəticələri” mövzusu üzrə baş tutub. Bu ilin noyabrında Bali adasında keçiriləcək və əsas mövzusunun “Birgə bərpa, daha güclü bərpa” olacağı “Böyük iyirmiliyin” növbəti sammitinə ev sahibliyi edəcək İndoneziyanın bir sıra aparıcı nazirlik və dövlət qurumlarının nümayəndələri İƏT Modeli simulyasiya oyunlarının açılış və bağlanış mərasimində iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən İƏGF-ARM-nin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov təmsil etdiyi qurumun təşəbbüsü ilə artıq 2011-ci ildən bu yana həm milli, həm də beynəlxalq səviyyədə keçirilən İƏT Modeli tədbirlərinin əhəmiyyətindən danışaraq, bu proqramın İƏT məkanında gənclərin liderlik qabiliyyətinin güclənməsində oynadığı rolu xüsusi vurğulayıb, o cümlədən müsəlman gənclər arasında birliyə, diplomatik bacarıqların artmasına yönələn bu kimi tədbirlərin gələcəkdə də dəstəklənməsinin vacibliyini qeyd edib.

Açılış mərasimində, o cümlədən İndoneziya Xalq Məşvərət Assambleyasının spiker müavini Hidayət Nur Vahid, Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədr müavini Mərdani Əli Sera, İndoneziyanın turizm və kreativ iqtisadiyyat naziri Sandiaqa Səlahuddin Uno, İndoneziyanın kooperativlər kiçik və orta müəssisələr üzrə nazirinin baş müşaviri Rulli Nuryanto, İndoneziya Milli Polisinin nümayəndəsi Mayndra Eka Vardhana, İndoneziya İnsan İnkişafı və Mədəniyyət Nazirliyində müavin köməkçisi doktor Katiman, İndoneziya Gənc 20-liyin həmsədri Budi Suqandi, İƏT Modeli layihəsinin layihə koordinatoru Ellena Panqestu Kavarera, İƏT İndoneziya Gənclər Təşkilatının sədri Astrid Nadya Rizqita, İndoneziya Gənclər Şurasının sədri və İƏGF-nin Avrasiya üzrə vitse-prezidenti Tantan Taufiq Lubis, İndoneziya Xarici İşlər Nazirliyində Sosial mədəniyyət və inkişaf etməkdə olan ölkələr üzrə beynəlxalq təşkilatın direktoru Penni Devi Herasati, İndoneziya İnsan İnkişafı və Mədəniyyət Nazirliyinin əməkdaşı Maman Vicaya təbrik nitqləri ilə çıxış edərək təbdir iştirakçılarına uğurlar arzu ediblər. İƏT İndoneziya Gənclər Təşkilatının sədri Astrid Nadya Rizqita öz çıxışında İndoneziya dövlət rəsmilərinə, səfirlərə, eləcə də İƏGF-ARM-ə bu tədbirə göstərdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirib.

İndoneziya İƏT Modeli-2022-nin bağlanış mərasimində çıxış edən İndoneziya Gənclər və İdman Nazirliyinin əməkdaşları Esa Sukmavicaya və professor Faisal Abdullah, İndoneziya Müdafiə Universitetində Texnologiya fakültəsinin dekanı Pujo Vidodo, İndoneziya Xarici İşlər Nazirliyində Sosial Mədəniyyət və İnkişaf etməkdə olan Ölkələr üzrə Beynəlxalq Təşkilatın koordinatoru Ari Aprianto, Pakistanın, Nigeriyanın və Mərakeşin İndoneziyadakı səfirləri Məhəmməd Həssən, Usman Ari Ogah və Ouadia Benabdellah çıxış edərək tədbirin uğurla bitdiyinə öz ümidlərini ifadə ediblər, o cümlədən bu proqramın bütün İƏT məkanını əhatə etməsinin vacibliyini xüsusi vurğulayıblar.

Tədbirin yekun sənədi olaraq qəbul olunan qətnamədə İƏT üzv ölkələrinə, beynəlxalq inkişaf agentliklərinə və beynəlxalq maliyyə institutlarına azad olunmuş Qarabağa investisiya yatırmağa çağırış edilib, o cümlədən erməni işğalı nəticəsində dağıdılmış ərazilərin bərpası işində Azərbaycan hökumətinə dəstək ifadə olunub.

Qeyd etmək lazımdır ki, İndoneziyanın Gənclər və İdman Nazirliyi bu proqrama öz dəstəyini göstərib.

İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Bu il ərzində proqram Tatarıstan Respublikası, Pakistan, eləcə də Mərkəzi Asiyanın bir sıra ölkələrində uğurla həyata keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI