Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İnformasiya təhlükəsizliyinin təmin olunmasında kitabxanada “Vikipediya” modelinin tətbiqi

İnformasiya təhlükəsizliyinin təmin olunmasında kitabxanada “Vikipediya” modelinin tətbiqi

Yanvarın 15-i “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 19 ili tamam olur

Bakı, 15 yanvar, AZƏRTAC

“Vikipediya” internetdə açıq şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan, biliklərə əsaslanan, bilavasitə veb-brauserdən idarə olunan çoxdilli, əməkdaşlığa əsaslanan onlayn ensiklopediyadır. 2001-ci il yanvarın 15-də yaradılmış “Vikipediya” dünya internet şəbəkəsinin ən çox istinad edilən mənbəyidir. Mütəxəssislər “Vikipediya”nı Britanika ensiklopediyasına bərabər və ya ondan üstün qiymətləndirirlər. “Vikipediya”da 2020-ci il yanvarın 13-dək 73 milyon 902 min 958 redaktəyə açıq məqalə və 1 milyard 96 milyon 726 min 160 redaktə qeydə alınıb. Onlardan 153 min 728 və 4 milyon 980 min 188-i müvafiq olaraq “Vikipediya”nın Azərbaycan dili bölməsinə aiddir. Ən çox məqalə ingilis (5 milyon 994 min 675), alman, ispan, fransız və italyan dillərində yerləşdirilib. “Vikipediya” hazırda 299 + 10 dildə fəaliyyət göstərir. On beş dildə məqalələrin sayı 1 milyondan artıq (1-ci kateqoriya), 47 dildə isə 100 mindən artıqdır (2-ci kateqoriya). Azərbaycan dilində (latın qrafikası ilə) 2-ci kateqoriyaya aid edilən azərbaycandilli “Vikipediya” 50-ci yerdədir. “Vikipediya”da məqalələrin dərinliyi daha çox önəm kəsb edir. Dərinlik məqalədə istifadə olunan istinadlar və vikipediyadakı aktivliyi nümayiş etdirən göstəricilərə əsasən xüsusi düsturla hesablanır. Azərbaycanca vikipediya fəal istifadəçilərin sayına görə (674) 36-cı yerdə olsa belə, özündən qabaq sıralarda 24 fərqli dildə olan vikipediyalardan dərinliyinə görə üstündür. İkinci və üçüncü yerlərdə olan Sebuano və isveçdilli vikipediyaların dərinliyi müvafiq olaraq 2 və 7 olduqda, “Vikipediya”nın Azərbaycan dili (latın qrafikası ilə) bölməsində dərinlik göstəricisi 32-dir. “Vikipediya” ən çox daxil olunan saytların siyahısında ilk onluqdadır, səhifəsinə ayda 18 milyarddan artıq daxilolma qeydə alınır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanovanın “İnformasiya təhlükəsizliyinin təmin olunmasında kitabxanada “Vikipediya” modelinin tətbiqi” adlı məqaləsində yer alıb.

Məqalədə qeyd edilib ki, MEK-in strateji məqsədlərindən biri Azərbaycana aid informasiyanı əlaqələndirilə bilən və idarə oluna bilən strateji resursa çevirməkdir. Məhz bu səbəbdən də MEK 2015-ci ilin əvvəlindən başlayaraq cəmiyyətimizin, ələlxüsus akademik icmanın da haqlı olaraq ciddi qayğısına çevrilmiş, informasiya müharibəsində Azərbaycanın zəif nöqtəsi olan “Vikipediya”nı diqqət önünə çəkdi.

İnformasiya təhlükəsizliyi kibertəhlükəsizliklə yanaşı, informasiyanın kontent təhlükəsizliyini də nəzərdə tutur. İTU təşkilatının qiymətləndirməsinə əsasən, Azərbaycan kibertəhlükəsizlik indeksinə görə 25 indikator üzrə 165-dən 55-ci pillədədir. Bu, özündən öndə ABŞ, İsrail, Kanada, Sinqapur, Koreya, Çin, Almaniya, İngiltərənin və özündən sonra Kipr, Litva, İran, Macarıstan, Qazaxıstan, Vatikanın olması ilə Azərbaycan üçün uğurlu göstəricidir. Kibertəhlükəsizlik indeksi isə, öz növbəsində, ölkənin dünya siyasətinə təsir qüvvəsinə töhfə verir.

İnformasiya təhlükəsizliyi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 2015-2019 və 2020-2030-cü illər üçün müəyyən etdiyi strateji hədəflər sırasında vacib yer tutur. Belə ki, Mərkəzi Elmi Kitabxana sərbəst elektron resurs hesab edilən və hazırda əsas axtarış sistemlərinin məlumat sorğusunu cavablandıran müxtəlif dillərdəki “Vikipediya”larda Azərbaycanın tarixinə, mədəniyyətinə dair vikiməqalələr yerləşdirir və mövcud olanları redaktə edir. Misal olaraq 2018-ci ildə “AXC-100”, “Milli mətbuat-100”, “Milli ordu-100”, “Azərbaycanın Milli qəhrəmanları” və başqa mövzularda yerləşdirilmiş 1000-dən çox məqalənin, 2019-cu ildə isə azərbaycandilli “Vikipediya”dakı məqalələrin sayının 150 mini ötərək yeni kateqoriyaya addımladan məqalələrin adını çəkmək olar. Eyni zamanda, MEK ölkə üzrə vikitəlim mərkəzinə çevrilib: AMEA-nın institut və təşkilatları da daxil olmaqla, “Vikipediya”da məqalə yaradılması və redaktəsi üzrə məsələnin ölkə maraqlarına xidmət etməsini də nəzərə alaraq ödənişsiz təlimlər keçir. Həmçinin “YouTube” sosial şəbəkəsində Azərbaycan dilində videotəlimlər yerləşdirib və “Vikipediya”nın əsas qaydalarını Azərbaycan dilinə tərcümə edərək istifadəyə verib. Bütün bunlar MEK-in “Vikipediya”nın işlək modeli” çərçivəsində reallaşdırılıb.

“Vikipediya” ilə kitabxanaların əməkdaşlığı müəyyən müddət əvvəl müzakirə edilmiş olsa da, müzakirələr əsasən kitabxanaların “Vikipediya” imkanlarından istifadə edərək oxucuların zəruri və etibarlı informasiyalar ilə təmin olunmasına, eləcə də fondlarında mühafizə olunan sənədlərdən istifadə edərək vikiməqalələrin redaktə olunmasına yönəldilmişdir. Son illərdə mövzuya, məhdud sayda olsa da, xarici ədəbiyyatda rast gəlinir və iki kateqoriyada olan informasiya təminatçılarının – kitabxana və “Vikipediya”nın əməkdaşlığı arzuolunan hesab edilir. 2018-ci ildə İFLA (Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyası) tərəfindən “Vikipediya” və kitabxanaların fəaliyyətinin birləşdirilməsi yenə də ön plana çəkildi, tövsiyələrdə səsləndirildi, əsas tezisi və ya çağırışı isə könüllülərin kitabxanaların resurslarından istifadə edərək, vikipediyada mövcud məqalələri redaktəsinə cəlb etməkdən ibarət oldu.

Mərkəzi Elmi Kitabxana İFLA-nın yuxarıda göstərilən 2018-ci ildəki tövsiyələrindən 3 il öncə, 2015-ci ildə kitabxananın struktur dəyişikliklərinə nail oldu və dəyişikliklər sırasında Sərbəst (Açıq) ensiklopedik resurslar şöbəsini, onun əlaqələndirmə və təlimlər bölmələrini yaratdı.

“Vikipediya”da nümunə gətirilən “mükəmməl məqalə” (seçilmiş məqalə) kateqoriyasında “Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları”, “Azərbaycanda Stalin repressiyaları”, “Böyük təmizləmə”, “Əhməd bəy Ağaoğlu”, “Şəmsəddin Eldəniz”, “Səttar xan”, “İran azərbaycanlılarının siyahısı”, “Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyası” məqalələrini qeyd etmək olar.

2019-cu ildən etibarən vikifəaliyyət vikihərəkat formasına keçib, “Vikipediya” təlim şəbəkəsi genişləndirilib. MEK-in Vikipediya Metodik Mərkəzində və müəssisələrdə 32 təlim keçirilib. BDU-nun Jurnalistika və Filologiya fakültələrində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Milli Aviasiya Akademiyasında, Azərbaycan İlahiyyat İnstitutunda, YAP Gəncə şəhər təşkilatında, Gürcüstanda İnkişaf və Təhsil Mərkəzində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində viki-mərkəzlər yaradılıb. Naxçıvanda “Vikipediya” Metodik Mərkəzinin açılması müzakirədədir. Bu fəaliyyətlər Azərbaycan haqqında məlumatların daha dolğun və akademik tərzdə internet istifadəçilərinin ixtiyarına verilməsinə gətirib çıxarıb.

“Vikipediya”nı “atəşkəsi olmayan informasiya müharibəsi” adlandırırlar. Bu müharibədə MEK vikikönüllüləri sadiq və yaxşı təlimatlandırılmış əsgərlərdir. 2019-cu ilin fevralında Kitabxana Assosiasiyalarının Beynəlxalq Federasiyasının uzun illər sədri və sədr müavini, Berlin Humbolt Universitetinin Kitabxana-İnformasiya mərkəzinin direktoru, professor Klaudia Luks MEK-ə səfəri zamanı “Mərkəzi Elmi Kitabxananın yaratdığı “Vikipediya”nın işlək modeli və alqoritmi çox önəmli bir nailiyyətdir və mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun. Hesab edirəm ki, MEK bu işin zirvəsindədir. MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur. Bu mənim növbəti çıxışlarımda istənilən yerdə haqqında bəhs edəcəyim mükəmməl nümunədir” fikrini söyləmişdir.

Macarıstanın Azərbaycandakı səfirliyi bu səpkidə həyata keçirilən əməkdaşlığın daha da genişləndirilməsinin zərurətini vurğulayıb, diplomatik nümayəndəlik və fundamental informasiya qurumu olan elmi kitabxananın birləşərək ölkə haqqında müxtəlif sahələri əhatə edən sistemli şəkildə işlənmiş informasiya toplusunun yaradılmasının mümkünlüyünü təsdiqləmişdir.

Azərbaycanda “Vikipediya” fəaliyyətləri müzakirə ediləndə mövcud problemlər də nəzərə alınmalıdır. Azərbaycan üzrə olan problemlər sırasında “Azərbaycan Vikipediya modeli”nin tətbiqinin məhdud çərçivədə, yalnız MEK tərəfindən aparılması, vikimərkəzlərin sayının az olması, “Vikipediya”nın Azərbaycan dili bölməsində Azərbaycan mədəniyyəti və tarixi mövzularında boşluqların olması, vacib hadisələr və ya şəxslər haqqında məqalələrin olmaması və ya çoxsaylı qüsurlarla olması, ana dili və xarici dillərdə yaradılmış məqalələrin vikiidarəçiləri tərəfindən silinməsini göstərmək olar. Ümumi “Vikipediya” problemləri qismində isə dünya informasiya məkanında onlayn Britanika ensiklopediyası, Scolarpedia, MSN Enkarta, İnfolplease və başqa daha etibarlı və ciddi mənbələrin maraqlar savaşında “Vikipediya”ya məğlub olmasıdır. Səbəbi “Google” axtarış sisteminə ənənəvi bağlantıdır. Belə ki, DuckDuckGo, Not Evil, YaCy, Pipl, FindSounds, Wolfram|Alfa, Boardreader müəyyən hallarda daha uğurlu axtarış sistemləridir və adları yuxarıda çəkilən resursları da səfərbər edir.

Problemlərin həlli yollarına gəldikdə isə, ali məktəblərdə, mədəniyyət ocaqlarında, kitabxanalarda vikimərkəzlərin yaradılması, yeni vikikönüllülərin təlimatlandırılması, gənclərin “Vikipediya” fəaliyyətinə, mövzuların müəyyən edilməsinə, işlənilməsinə cəlb olunması, Azərbaycan vətəndaşlarının informasiya istehlakçısından informasiya istehsalçısına çevrilməsi zəruri görünür. Bu sırada vikimərkəzlərin fəaliyyətinin “Azərbaycan üçün “Vikipediya”nın işlək modeli” əsasında qurulması, fəaliyyətə ekspertlərin, tərcümə mərkəzlərinin, elmi strukturların, vikikönüllülərin cəlb edilməsi və əlaqələndirilməsi, “Vikipediya”nın Azərbaycan dili bölməsində Azərbaycan mədəniyyəti və tarixi barədə boşluqların ekspert səviyyəsində aşkar edilməsi, məqalələrin dərinliyinin artırılması məsuliyyəti akademik qurumlar ilə yanaşı, bütün cəmiyyətin üzərinə düşür. MEK mədəni və tarixi abidələrə dair müxtəlif dillərdə vikiməqalələr yaratmaq, məqalələri QR (sürətli cavab) kodlar ilə təmin etmək kimi fəaliyyətlərdə iştirak etməyə hazırdır. Bunun MEK-in öz resursları və yeni resurslar yetişdirməyə potensialı kifayət edir.

Yaşadığımız günlər önəmli tarixlərə təsadüf edir. Bir tərəfdən “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu yanvarın 1-dən 31-dək “Vikipediya”da “Təkmilləşdirmə ayı 2020” adlı məqalə müsabiqəsi elan edib. Müsabiqənin məqsədi Azərbaycanca “Vikipediya”da mövzu boşluqlarını aradan qaldırmaq və məqalələrin dərinliyini artırmaqdır. Digər tərəfdən yanvarın 15-i “Vikipediya”nın yaradılması günüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin əməkdaşları və könüllüləri daxil olmaqla, bütün vikiicma nümayəndələrini təbrik edir, Azərbaycan ətrafında informasiya blokadasının yarılmasına yönəldilmiş fəaliyyətlərinə görə təşəkkür edir. “Təkmilləşdirmə ayı”nda “Vikipediya”da daha etibarlı, dəqiq, elmiləşmiş məlumatların yerləşdirəcəklərinə əmin olduğumu bildirib yeni məqsədlər, yeni uğurlar arzu edirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub