İQTİSADİYYAT
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinə layihələrin qəbulu 4 gün sonra bitəcək
Bakı, 26 aprel, AZƏRTA
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi VI qrant müsabiqəsinə layihələrin qəbulu 4 gündən sonra başa çatacaq.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fondun qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd gənclərin intellektual biznes, innovativ sahibkarlıq və İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etməkdən ibarətdir.
Qeyd edək ki, fond İKT sahəsindә dövlət siyasətinin həyata keçirilmәsinə yardım edir və intellektual bizneslə məşğul olan innovativ sahibkarlıq subyektlәrinə maliyyə dəstəyi göstərir. Fondun bu günə qədər keçirdiyi 5 qrant müsabiqəsinə təqdim olunmuş 754 innovativ və tətbiqi elmi-texniki layihədən 112-nə qrant ayrılıb. Fond tərəfindən verilən qrantlar startapçıların şəxsi bizneslәrinin qurulmasında əvəzsiz rola malikdir.
İcrası yekunlaşdırılmış layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub. Cari qrant müsabiqəsinə layihələrin qəbulu 2018-ci ilin martın 1-dən başlayıb və hazırda davam edir.
Layihələrin qəbulu 2018-ci il aprelin 30-da saat 18:00-da başa çatır. Qrant müsabiqələrinə layihələrin qəbulu fondun rəsmi internet saytındakı (www.ictfund.gov.az) e-qrant bölməsindən təqdim oluna bilər.