İNGİLİS DİLİNDƏ NƏ QƏDƏR SÖZ VAR?
Şirkətin mütəxəssisləri bütün lüğətləri ətraflı öyrənmiş, sonra alqoritm və ya formul yaradaraq, onun köməyi ilə çap, elektron nəşrlərinin mətnlərini, habelə radio və televiziya ilə səslənən mətnləri, elmi-texniki ədəbiyyatdakı sözləri araşdırmışlar.
QLM-in proqnozunu köhnəlmiş hesab edirlər, çünki digər qurumların hesablamalarına görə, hazırda ingilis dilində iki milyon, hətta daha çox söz var. Hesablamalarla bağlı başlıca problem ondan ibarətdir ki, hansı sözləri yeni sözlər hesab etmək olar, slenqlər, arxaizmlər və az işlədilən sözlər nəzərə alınmalıdırmı. Məsələ bundadır ki, 1990-cı ildə nəşr edilmiş “İngilis dilinin həyat və zamanı” tədqiqatına görə, bu dildə uzağı 600 min söz mövcuddur. İngilis dilinin Oksford lüğətinin son nəşrinə 300 mindən çox əsas söz və təxminən 615 min söz forması daxildir. Uebsterin beynəlmiləl lüğətinin üçüncü nəşrində, əksinə, “cəmi” 54 min söz məqaləsi verilmişdir.
QLM dəqiqləşdirmişdir ki, sözlərin, demək olar, 20 faizi ingilis dilinin “hibrid” variantlarından əmələ gəlmişdir ki, bunlar da, əsasən, Çin və Yaponiyada (müvafiq surətdə, “Chinqlish və “Japlish”) işlədilir. Bundan başqa, QLM-in sözlüyünə “buşizmlər” də (ABŞ Prezidentinin neologizmləri) düşmüşdür.
Bəs ingilis dilinin savadlı daşıyıcısının lüğət ehtiyatında nə qədər söz var? “İndependent”in yazdığına görə, buraya 24 mindən 30 minədək söz daxildir. Şekspir öz yaradıcılığında 24 min sözdən istifadə etmişdir. Belə hesab edirlər ki, bu sözlərin 1700-nü onun özü yaratmışdır. Lakin bütün ingilis sözlərini bilmədiyinizə görə ruhdan düşməyin. Qəzetin məqaləsində deyildiyi kimi, öz fikrini aydın izah etmək və ya ingilisdilli şəxsin nitqini başa düşmək üçün üç min ingilis sözü tam kifayətdir.
Bəs başqa dillərdə nə qədər söz var?
İspaniya linqvistləri bildirirlər ki, hazırda onların dilində 225 min sözdən istifadə edilir.
Ən böyük alman lüğəti olan “Duden”də təxminən 200 min söz əksini tapmışdır.
Rus dili 125 minlik həddə yenicə çatmışdır.
Fransız dilində 100 min söz var. Lakin dili tənzimləyən Academie Françaize bu dildə yalnız 25525 söz olduğunu iddia edir.