Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İngiltərədə Azərbaycanı və Qafqazı Öyrənən Britaniya Fondunun ilk mühüm tədbiri keçiriləcək

İngiltərədə Azərbaycanı və Qafqazı Öyrənən Britaniya Fondunun ilk mühüm tədbiri keçiriləcək

Bakı, 24 yanvar, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının mətbuat xidməti Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun İngiltərədə keçiriləcək ilk mühüm tədbiri ilə bağlı məlumat yayıb. AZƏRTAC məlumatı təqdim edir.

X X X

Yanvarın 25-də Böyük Britaniyada (2016-cı ilin sentyabrın 27-də rəsmi qeydiyyatdan keçib təsis edilən) Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu (www.bfsac.org.uk) öz fəaliyyətinin istiqamətlərini Britaniya və Azərbaycan ictimaiyyətinə elan etmək üçün özünün ilk mühüm tədbirini keçirəcək. Bu Fond Birləşmiş Krallıqda bu günədək elm və mədəniyyət sahəsində apardığımız bütün işləri öz çətiri altına alaraq, belə fəaliyyətin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə, şəffaf və dürüst dəstək üçün yaradılıb.

Londonda yanvarın 25-də təqdimatı keçiriləcək və həqiqətən dəyərli, hörmətli iş görən peşəkarların zəhməti nəticəsində ərsəyə gələn bu Fondun Azərbaycan üçün vacib olduğunu bir daha vurğulamaq istəyirəm. İnformasiya vasitələrindən bu vacibliyi anlayıb, onu Azərbaycan ictimaiyyətinə dəqiq və düzgün çatdırmaqda bizə yardım göstərməsini xahiş edirəm.

2013-cü ildən fəaliyyət göstərən Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/) yaradılmasında böyük səylər göstərərək, bu Mərkəzə məhz dahi şairimiz Nizaminin adının verilməsinə nail olmuşuq. İlk dəfə olaraq biz azərbaycanlılar, gec də olsa, dünyanın ən qədim elm ocaqlarından birində öz yerimizi tutmağa başlamışıq. Mən 2013-cü ildən Oksford Universitetinin inkişaf departamentinin rəhbəri xanım Liezl Elder, Oksford Universitetinin keçmiş vitse-kansleri professor Endru Hamilton, Sent Kross Kollecinin keçmiş rəhbəri, Viktoriya və Albert muzeyinin keçmiş direktoru Ser Mark Couns, Şərqşünaslıq İnstitutunun rəhbəri, professor Mark Smit, Triniti Kollecinin professoru Brayan Vord Perkins, Kraliçanın ədliyyə məsələləri üzrə müşaviri, Breyznoz Kollecinin rəhbəri Con Bouers və onlarla başqa alim və rəhbər şəxslərlə keçirdiyim görüşlərdə Azərbaycan üçün vacib olan bu elmi Mərkəzin fəaliyyət istiqamətlərini və elmi-strateji məqsədlərini müzakirə etmişəm. Oksford Universitetində Mərkəzin bu günədək keçirdiyi iki beynəlxalq konfransda ilk dəfə olaraq dünya səviyyəli ciddi alimlər çıxış edib və Azərbaycan ilə bağlı tarix, antropologiya və arxeologiya elmində mövcud olan sualları və məsələləri açıq müzakirə etməyə başlayıblar. Tam məsuliyyətlə deyə bilərəm ki, təəssüflər olsun, indiyədək dünyanın heç bir nüfuzlu elmi qurumu və toplumu Azərbaycana dair belə tədbirlər keçirməyib. Mühüm fərq bu elmi tədbirlərin məhz Oksford Universiteti tərəfindən həyata keçirilməsi və buna görə də dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilməsindədir.

İşlərimiz arasında indiyədək ən önəmlisi üzərində böyük əziyyətimiz olan və ən çox qürur və sevinc duyduğum nailiyyət - 1940-cı ildə Yevgeniy Bertels tərəfindən yazılmış “Dahi Azərbaycan şairi Nizami” kitabının Oksford Universitetinin alim və dilçiləri tərəfindən ingilis dilinə çevrilib nəşr edilməsidir. Bu kitabın ayrıca təqdimatı Londonda və Bakıda keçiriləcək, lakin yanvarın 25-də biz bu kitabın ilk dəfə olaraq Britaniyada ingilis dilində nəşr edilməsi haqda qısa anons verəcəyik.

Fond, eyni zamanda, Azərbaycanın qədim Bərdə şəhərində Oksford Universiteti Nizami Gəncəvi Mərkəzinin alimləri tərəfindən arxeoloji qazıntıların aparılmasına yeni dəstək verə biləcək. Tədbir zamanı biz, həmçinin bu elmi-arxeoloji ekspedisiyanın bu günə qədərki nəticələrini və tapıntılarını ictimaiyyətə təqdim edəcəyik. Bu ekspedisiyaya məşhur alim, professor Robert Hoyland rəhbərlik edir.

Tədbirdə Bakıdan gələn hörmətli qonaqlarla yanaşı, Böyük Britaniya hökuməti və parlamentinin yüksək səviyyəli nümayəndələri, o cümlədən Böyük Britaniyanın Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan ilə ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Nikolson, Böyük Britaniya parlamentinin Lordlar palatasının üzvləri Lord Malkolm Brus, Lord Maykl German və Birləşmiş Krallığın elmi akademik dairəsinin nüfuzlu üzvlərinin olacağı gözlənilir. Bu alimlər arasında məşhur tarixçi, Londonun SOAS Universitetinin ərəb tarixi üzrə professoru, Hyu Kennedi (https://www.soas.ac.uk/staff/staff36939.php), 1636-cı ildə Oksford Universitetində təsis edilən Laudian professoru vəzifəsini icra edən ərəb ədəbiyyatı üzrə professor Culiya Brey (http://www.orinst.ox.ac.uk/staff/iw/jbray.html), Oksford Universitetinin Rusiya və Avrasiya Mərkəzinin direktoru, professor Roy Allison (http://www.sant.ox.ac.uk/people/roy-allison), SOAS Universitetinin Şərq musiqisi üzrə professoru, İranşünaslıq Mərkəzinin üzvü Oven Rayt (https://www.soas.ac.uk/staff/staff32029.php), həmin universitetin İslam incəsənəti üzrə professoru, SOAS Universitetinin xəzinələri layihəsinin direktoru Anna Kontadini (https://www.soas.ac.uk/staff/staff30791.php), ABŞ-ın Luiziana ştatının Tuleyn Universitetinin Səfəvilər dövrünə aid tədqiqatçı–alimi, professor Elio Brankaforte (http://www2.tulane.edu/liberal-arts/german-slavic-studies/elio-brancaforte.cfm), Britaniyanın Ekseter Universitetinin islamşünaslıq üzrə professoru Robert Qliv (http://socialsciences.exeter.ac.uk/iais/staff/gleave/), Şotlandıyanın Sent Endryus Universitetinin Orta Əsrlər üzrə islamşünas professoru Endryu Pikok (https://www.st-andrews.ac.uk/history/staff/andrewpeacock.html), Kembric Universitetinin Qazaxıstan Mərkəzinin direktoru, doktor Siddhart Saksena (http://www.devstudies.cam.ac.uk/people/professor-siddharth-montu-saxena), Durham Universitetinin aparıcı arxeologiya alimi, doktor Dan Lorens (https://www.dur.ac.uk/archaeology/staff/?id=6585) və başqalarının adlarını çəkmək olar. Həmçinin tədbirdə Britaniyanın BBC telekanalının təmsilçiləri, o cümlədən Qədim və Orta əsrlər dövrü üzrə tarixçi alim, BBC və digər beynəlxalq telekanallarda yayımlanan elmi-maarifləndirmə verilişlərinin məşhur aparıcısı və müəllifi doktor Bettani Hyus (https://www.bettanyhughes.co.uk/about) da iştirak edəcəklər.

Londondakı diplomatik korpusun nümayəndələrinin, Türkiyənin Böyük Britaniyadakı səfiri Əbdürrəhman Bilqiçin, Rusiyanın bu ölkədəki səfiri Aleksandr Yakovenkonun, eləcə də yerli işgüzar dairələrin təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Biz, təsis etdiyimiz Britaniya Fondunun çətiri altında gələcəkdə planlaşdırdığımız bütün dəyərli, davamlı akademik layihələri həyata keçirmək niyyətindəyik. Bu günə qədər əldə etdiyimiz və qazandığımız uğurlarla yanaşı, hələ çox kövrək addımlarla irəliləyirik. XIX əsrdən İngiltərədə fəaliyyət göstərən və xüsusilə elm sahəsində dərin köklər salan erməni icmasının işi ilə müqayisədə biz hələ çox geridəyik.

Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun ilk tədbiri dünyanın dekorativ incəsənət sahəsində ən qədim muzeyi sayılan, 1852-ci ildə əsası qoyulan Viktoriya və Albert Muzeyində keçiriləcək. Qeyd edək ki, belə mötəbər incəsənət məbədində Azərbaycan ilə bağlı mühüm tədbir ilk dəfə keçirilir və yerli ənənəyə uyğun bütün qaydaları özündə hifz edir. Bu hadisənin dəyərini və qiymətini verə biləcək hər bir kəsə öz böyük minnətdarlığımı bildirirəm.

Professor Nərgiz Paşayeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır