İDMAN
İngiltərənin “Mançester Yunayted” klubunun çalışdırıcısı Aleks Ferqyusson XXI əsrin ən yaxşı məşqçisi seçilmişdir
Bakı, 12 yanvar (AZƏRTAC). Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ən yaxşı məşqçilərinin siyahısını açıqlamışdır.
İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəvi baş məşqçisi Aleks Ferqyusson 180 xalla 12 illiyin ən yaxşısı olmuşdur.
İspaniya “Real”ının portuqaliyalı məşqçisi Joze Mourinyo 174 xalla 2-ci, İngiltərə “Arsenal”ının fransalı baş məşqçisi Arsen Venger 165 xalla 3-cü pillədə qərarlaşmışlar.
Ölkəmizdə “Bakı” klubunu çalışdırmış almaniyalı Vinfred Şafer 22 xalla 64-cü pillədə yer almışdır. Paytaxtın digər sabiq məşqçisi Aleksandr Starkov isə 19 xalla 74-cüdür.
Ümumilikdə İFFHS-in siyahısında 199 məşqçi yer almışdır.