Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnkişafın Naxçıvan nümunəsi

İnkişafın Naxçıvan nümunəsi

Bakı, 16 dekabr, AZƏRTAC

Müstəqil Azərbaycan tərəqqi yolunda əmin addımlarla irəliləyir. Ölkəmizin inkişafını təmin edən amil isə xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Uğurlu inkişaf siyasəti, həmçinin genişmiqyaslı islahatlar vətəndaş məmnunluğunu artırır. Eyni zamanda, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən addımlar Azərbaycanın gücünün artmasına, milli həmrəyliyin güclənməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov bildirib.

Muxtar respublika sürətli inkişaf yolunda

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın bütün regionları kimi, Naxçıvan Muxtar Respublikası da uğurla inkişaf edir, qarşıya qoyulan hədəflər reallaşdırılır. Ümumiyyətlə, Naxçıvanın tənəzzüldən xilas olaraq inkişaf yoluna çıxmasının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1990-cı illərin əvvəlində olduqca gərgin və mürəkkəb şəraitdə olan muxtar respublika Ulu Öndərin misilsiz xidmətləri nəticəsində böyük uğurlar qazanıb. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Vasif Talıbovun rəhbərliyi ilə görülən işlər blokada şəraitində olan Naxçıvanın nailiyyətlərini davamlı edib.

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ötən il Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən qeyd etdi ki, “Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik”. Dövlət başçısı, həmçinin Naxçıvanın ixrac potensialının gücləndirilməsi, bərpaolunan enerji gücünün artırılması və ordu quruculuğu ilə bağlı vacib məqamlara toxundu. Təbii ki, bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələr hədəflərə çatmağa imkan verməklə yanaşı, Naxçıvanın gələcək inkişafında mühüm rol oynayacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nəticəsi kimi, muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunub, əhalinin rifah halı daha da yaxşılaşıb. Muxtar respublika ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müasir standartlar əsasında təhsil müəssisələri, sağlamlıq ocaqları tikilib və ya əsaslı təmir olunub, respublika əhəmiyyətli və bütün kənd yolları yenilənib, yüksək səviyyəli infrastruktur quruculuğu həyata keçirilib, fasiləsiz elektrik, qaz və su təminatı yaradılıb. Bütün bunlar inkişaf və tərəqqinin bariz nümunəsidir. Eyni zamanda, bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib.

Görülən işlər vətəndaş məmnunluğunun artmasına xidmət edir

Siyavuş Novruzov vurğulayıb ki, görülən işlər həm də muxtar respublikanın simasını köklü surətdə dəyişib. Quruculuq və abadlıq işləri olaraq mütəmadi şəkildə yeni parklar salınır, inzibati binalar, o cümlədən, məktəblər uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, modern üslubda, lakin milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Bütün obyektlər müasir kommunikasiya, o cümlədən yüksək sürətli internetlə tam təmin edilib.

Bunlarla yanaşı, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi əsas prioritet sahələrdəndir. Ən mühüm məsələlərdən biri odur ki, kəndlərdə ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzləri yaradılıb. Habelə kəndlərdə yaşayan əhalinin məşğulluğu təmin edilib. İnsanların kənd təsərrüfatı ilə məşğul olmaları, bol məhsul əldə etmələri üçün şərait yaradılıb. Şübhəsiz ki, bütün bu işlər vətəndaş rahatlığı və məmnunluğunun artmasına xidmət edir.

Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır

“Bir sözlə, Naxçıvan bu gün Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək inkişafın təminatçısı kimi görür.

Ən mühüm məsələlərdən biri odur ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın parlaq qələbə qazanması Naxçıvanın da inkişafı və təhlükəsizliyi baxımından xüsusi önəmə malikdir. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın mətninə nəzər saldıqda Türkiyə ilə Azərbaycanı, eyni zamanda, Türkiyə ilə Rusiyanı birləşdirən ən qısa quru yolu olacaq Naxçıvanla gediş-gəliş koridorumuzun olması xüsusilə diqqəti cəlb edir. Təbii ki, bu regional, həm də qlobal əhəmiyyətli uğurdur. Bu yoldan bütün region faydalanacaq, çünki Çindən Avropaya qədər kommunikasiya yolu formalaşdırılacaq və bu, böyük iqtisadi perspektiv vəd edir. Türkiyədən Orta Asiyaya gedən yüklər də daha qısa vaxtda ünvanına çatmış olacaq ki, bu da regionda əməkdaşlığın dairəsinin genişlənməsinə təkan verəcək. Beləliklə, Naxçıvanın blokadadan azad olunması gələcək inkişaf baxımından çox böyük önəm daşıyır.

İnanırıq ki, muxtar respublika bundan sonra da inkişaf yolunda əmin addımlarla irəliləyəcək. 25 il əvvəl Ali Məclisin sədri seçilən və ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən cənab Vasif Talıbova bu yolda yeni uğurlar arzulayırıq”, - deyə Milli Məclisin komitə sədri qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər

Aİ-nin gömrük rüsumu Macarıstan istehlakçılarını Asiya onlayn mağazalarından uzaqlaşdırır

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib

Fikrət Sadıxovun “Diplomat olmaq asandırmı?” kitabı işıq üzü görüb

ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif istəyib

Ermənistan borcunu ödədikdən sonra KTMT-də tamhüquqlu iştirakını bərpa edə bilər

Şavkat Mirziyoyev: Özbəkistan iqlim dəyişmələri ilə mübarizə səylərinə qətiyyətlə sadiqdir

Azərbaycan şahmatçısı fenomenal nəticə ilə Avropa çempionu olub

Almaniya hökuməti strateji qaz ehtiyatının yaradılması barədə qərar qəbul edib

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV VİDEO

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

Bu saata olan əsas xəbərlər

UNEC-in yeni rəsmi saytı təqdim olunub

Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Krakovdakı faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verilib

Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi VİDEO

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub VİDEO

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir VİDEO

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

“Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” - metodik vəsait

Gələcəkdə maliyyə qurumlarının təhlükəsizlik sistemlərində süni intellektin rolu daha da artacaq – ŞƏRH

Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı: alimlərin yeni tədqiqatları

Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

ADPU-da Konstitusiya Günü qeyd olunub