Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024–cü illər üçün Milli Fəaliyyət Planı müzakirə olunub

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın reallaşdırılmasını müzakirə etmək üçün dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının, USAID, insan alveri ilə mübarizə sahəsində çalışan digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Dəyirmi masanın açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, insan alverinə qarşı mübarizədə dövlət qurumlarının və beynəlxalq təşkilatların əməkdaşlıq məsələlərindən, bu istiqamətdə görülən tədbirlərdən danışıb.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov qeyd edib ki, dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, qurbanlarına hərtərəfli yardım göstərilməsi istiqamətində zəruri addımlar atırlar.

Bu mənada insan alverinin qarşısını almaq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, qabaqcıl təcrübənin öyrənməsinə və tətbiqinə xidmət edən hazırkı tədbirin əhəmiyyəti danılmazdır. Demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə kompleks tədbirlər hüquqi müstəvidə artıq 17 ildən artıqdır davam etdirilir. Ölkəmiz hələ 2003-cü ildə BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasına və onun tamamlayan insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması cəzalandırılması haqqında protokola qoşularaq üzərinə bu beynəlxalq sənədin müddəalarının yerinə yetirilməsində cinayət təqibinin yüksək səviyyədə həyata keçirilməsi, qurbanların müdafiəsi, ölkədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi öhdəlikləri götürüb.

İdarə rəisi müvafiq istiqamətdə Azərbaycanın regionda öncül və mütərəqqi siyasət reallaşdıran dövlətlərdən olmasını təsdiqləyən amillər sırasında dövlətimizin başçısı tərəfindən təsdiqlənmiş insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət planlarını xüsusi qeyd edib. Məlumat verilib ki, həmin konseptual sənədlər əsasında geniş qanunvericilik bazası formalaşdırılıb. O cümlədən ölkəmiz Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında”, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” konvensiyalarına və digər beynəlxalq sənədlərə qoşulub. Bununla yanaşı, “İnsan alverinə qarşı mübarizə haqqında” qanun qəbul edilib, habelə Cinayət Məcəlləsinə insan alveri cinayətlərinə görə məsuliyyət yaradan dörd əlavə maddə daxil olunub. İnsan hüquqlarının etibarlı qorunması və insan alverləri qurbanlarının müdafiəsi milli qanunvericilik aktlarının özəyini təşkil edib, insan alveri əməlləri isə insan hüquqlarını kobud şəkildə pozan şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan ağır cinayət olaraq müəyyənləşdirilib.

Həzi Aslanov tədbirin insan alverinə qarşı ümumi mübarizənin səmərəliliyinin artırılmasına, dəyirmi masada təmsil olunan beynəlxalq, QHT və dövlət qurumlarının əməkdaşlığının gülcənləndirilməsinə təkan verəcəyinə, qarşıda duran məqsədə nail olunacağına inandığını vurğulayıb.

USAID-in Azərbaycan üzrə missiyasının rəhbəri Maykl Nirbas qeyd edib ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası bu problemlə mübarizədə Azərbaycana töhfəsini verir. İnsan alverinə qarşı mübarizədə qazandığı nailiyyətlərə görə Azərbaycanı təbrik edən Maykl Nirbas bu problemlə mübarizədə özəl şirkətlərin də mühüm rol oynadığını, Azərbaycan hökumətinin USAID ilə əməkdaşlıq etdiyini söyləyib. Missiya rəhbəri vurğulayıb ki, ABŞ insan alverinin beynəlxalq və qlobal problem olduğunu hesab edir. Buna görə də USAID bu məsələdə digər ölkələrlə əməkdaşlıq etməyə və onlara dəstək verməyə hazırdır.

Sonra Milli Fəaliyyət Planının növbəti iki il üzrə icrasının prioritet sahələrin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Sonra dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutunun nümayəndələri çıxış edərək insan alverinin qarşısının alınmasında Milli Fəaliyyət Planının müvafiq bəndləri üzrə fəaliyyətlərin icrasında əldə edilmiş nailiyyətlərdən, bu sahədə çətinliklərin aradan qaldırılması üçün görülən tədbirlərdən və növbəti iki il üçün perspektivlərdən danışıblar. Digər ölkələrin bu sahədə təcrübələri və onların Azərbaycanda tətbiqinin mümkünlüyü, insan alveri qurbanlarına yardım və reinteqrasiya məsələləri, Milli Fəaliyyət Planının üzrə tədbirlərin icrasını dəstəkləmək üçün maliyyələşdirmə mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, BMqT tərəfindən həyata keçirilən layihə Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında səmərəliliyin daha da artırılmasında kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci il iyulun 22-də “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb