MƏDƏNİYYƏT
İntellektual oyunlar üzrə V İçərişəhər Kuboku keçirilib
Bakı, 29 iyul, AZƏRTAC
İyulun 29-da Bakıda intellektual oyunlar üzrə ənənəvi “İçərişəhər Kuboku” beynəlxalq festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Turnirə Sankt-Peterburqdan Paul Utoçkinin komandası ilk üç seçmə mərhələdə iştirak etmək üçün Bakıya dəvət olunub. Festivalda qalib gələcək komanda noyabrın 3-5-də Astanada keçiriləcək “Nə? Harada? Nə zaman?” oyunun Dünya Kuboku yarışında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Dünya Kubokunda ABŞ, Kanada, Almaniya, Latviya, Böyük Britaniya, İsrail, Çexiya, Litva, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Moldova, Türkmənistan, Estoniya, Qazaxıstan, Tacikistan, İrlandiya komandaları da qatılacaq.