İDMAN
“İnter” klubunun U-12 komandası “The children champion cup Lukoil” Beynəlxalq turnirinin bürünc mükafatçısı olmuşdur
Bakı, 16 avqust (AZƏRTAC). Türkiyədə “The children champion cup Lukoil” Beynəlxalq futbol turniri keçirilmişdir.
“İnter” klubundan AZƏRTAC-a bildirmişlər ki, klubunun U-12 komandası turnirin mükafatçıları sırasında yer almışdır.
Turnirin sonuncu turunda komandamız Gürcüstanın “Dinamo” Tbilisi klubu ilə üz-üzə gəlmişdir. Bu qarşılaşma “Dinamo”nun 5:0 hesablı qələbəsi ilə başa çatmışdır.
Vaqif Hidayətovun yetirmələri yarışı üçüncü pillədə başa vurmuşlar. Beş matçda 9 xal qazanan “İnter” yalnız turnirin qalibi “Dinamo” və ikinci pillədə qərarlaşan “Qalatasaray” komandalarından geri qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]
Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın
- 07.05.2024 [12:11]