MƏDƏNİYYƏT
“İntizar” operası yenidən səhnədə
Bakı, 10 may, AZƏRTAC
Mayın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvi Firəngiz Əlizadənin “İntizar” operası növbəti dəfə nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, bəstəkarın yubileyi çərçivəsində təqdim ediləcək operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.
Səhnə əsəri Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.
Səhnə əsərində rolları Xalq Artisti Qərinə Kərimova, Əməkdar artistlər Əkrəm Poladov, İnarə Babayeva, Fərid Əliyev, İlham Nəzərov, Səbinə Vahabzadə, Fəridə Məmmədova və aparıcı solist Tural Ağasıyev canlandıracaq.
Tamaşanı Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
- 04.05.2024 [11:17]