Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 353 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 146 VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 353 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 969) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.14-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin maddədə “qurum” dedikdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.”.

2. 3-cü hissə ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin