DÜNYA
İordaniyada suriyalı qaçqınlar üçün yeni düşərgə açılacaqdır
Əmman, 12 mart (AZƏRTAC). Aprelin axırlarında İordaniyada suriyalı qaçqınlar üçün yeni düşərgə açılacaqdır. Düşərgə 130 minə yaxın qaçqını qəbul edə biləcəkdir.
Yerli KİV-lərdə verilən məlumata görə, Əmmandan təqribən 100 kilometr məsafədə yerləşən yeni düşərgə hər gün 600-ə yaxın suriyalı qaçqın qəbul edən İordaniyanın ərazisində sayca üçüncü olacaqdır.
Son vaxtlar suriyadan qaçqın axını 50 faizə qədər artmışdır. Hazırda İordaniyada 580 mindən çox suriyalı vardır. Zaatari qaçqın düşərgəsinə pənah gətirənlərin sayı 100 min nəfərə çatmışdır.
Onu da qeyd edək ki, regionda 2,5 milyon nəfərə yaxın, o cümlədən İordaniyada 580 min, Livanda 960 min və Türkiyədə 630 min suriyalı qaçqın vardır.
Asiya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman