Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

İordaniyalı akademik: Xocalı soyqırımını törədənlərə qarşı İslam ölkələri və bütün dünyada sanksiyalar tətbiq edilməlidir

İordaniyalı akademik: Xocalı soyqırımını törədənlərə qarşı İslam ölkələri və bütün dünyada sanksiyalar tətbiq edilməlidir

Qahirə, 22 fevral, AZƏRTAC

Ərəb ölkələrində Azərbaycanın ədalətli mövqeyini təbliğ edən, Xocalı soyqırımı həqiqətlərini tanıdan iordaniyalı akademik Mərvan Suda Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb.

Akademik bildirib: “Beynəlxalq Cinayət Məhkəməsi hesab edir ki, soyqırımı bir və ya bir neçə şəxsin müəyyən bir milli, etnik, irqi və ya dini qrupa mənsub olması zəminində qətlə yetirilməsidir və bu cinayəti törədən şəxslər həmin milli, etnik, irqi və ya dini qrupu məhv etmək niyyətindədir. Bu cür əməllər silahlı münaqişə və ya müharibə şəraitində mülki əhaliyə qarşı törədildiyində, beynəlxalq hüquq normalarında bəşəriyyətə qarşı cinayət hesab olunur. Bütün bu və digər maddələr Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin iştirakçısı olan Dövlətlər Assambleyasının 2002-ci il sentyabrın 3-dən 10-dək Nyu-Yorkda keçirilmiş birinci sessiyasında təsdiq olunub və beynəlxalq səviyyədə qəbul edilib. Buna görə də Ermənistan və konkret olaraq Xocalı soyqırımını törədənlər məhkəmə qarşısında cavab verməlidir”.

Ötən əsrin 90-cı illərində erməni işğalçılarının Qarabağı qəsb etmək, həmçinin oranın zəngin sərvətlərini talamaq məqsədilə öz havadarlarının dəstəyi ilə hərəkətə keçdiklərini vurğulayan akademik, əslində, heç vaxt öz dövləti olmayan ermənilər tarixi saxtalaşdırmaqla nəinki Qarabağın, qonşu dövlətlərin də ərazilərinin onlara məxsus olması kimi sərsəm iddialar irəli sürməyə başladılar. Həmin illərdə nəzarətsizlik və SSRİ-də hökm sürən xaosdan istifadə edən Ermənistan etnik təmizləmə siyasətinə baş vurdu. Onlar Azərbaycan ərazilərində əhalini qorxutmaq məqsədilə kütləvi qırğınlar törətdilər. Bu əməllər beynəlxalq terrorizmin ən iyrənc formaları idi.

Bu hadisələri izləyən bir tədqiqatçı olaraq Xocalıda və digər ərazilərdə törədilmiş ağır cinayətlərin təqsirkarlarının cəzalandılmamasınən onda suallar doğurduğunu deyən Mərvan Suda diqqətə çatdırıb ki, onlar Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmalıdır. “Xocalı qırğınından 28 il sonra başlayan İkinci Qarabağ müharibəsində də erməni silahlı qüvvələri mülki əhaliyə qarşı ağır cinayətlər törədiblər. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın talan və qarət əməlləri də böyük cinayət sayılır. Bir sözlə, ermənilər son 30 ildə saysız ağır cinayətlər törədiblər”, - deyə akademik əlavə edib.

Xocalı həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondu və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun fəaliyyətini xüsusi qeyd edən M.Suda bildirib ki, “Xocalıya ədalət!” kampaniyası bu məsələdə beynəlxalq ictimaiyyətin Azərbaycanla həmrəyliyini möhkəmləndirən başlıca amil oldu.

Ermənistanın törətdiyi bu soyqırımının təkcə İslam deyil, bütün dinlər qarşısında ağır günah olduğunu diqqətə çatdıran akademik deyib ki, körpələrin, ahıl insanların, qadınların vəhşicəsinə qətlə yetirilməsini bütün səmavi dinlər cəhənnəm əzabı ilə lənətləyir.

İordaniyalı akademik vurğulayıb ki, Xocalıda törətdiyi soyqırımı etiraf etməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən İslam ölkələri Ermənistana siyasi və iqtisadi təzyiqlər göstərməlidir. Ermənistan rəhbərliyi Xocalı soyqırımı və mülki əhaliyə qarşı digər cinayətlərin qurbanlarının ailələlərinə beynəlxalq səviyyədə təzminat ödəməyə məcbur edilməlidir. Bundan başqa, İslam ölkələrində hər il fevralın 26-da Anım Günü elan etmək, məktəblərdə dərs proqramlarına Xocalı soyqırımı ilə bağlı məşğələlər, həmçinin dərsliklərə bu faciə haqqında mətnlər salmaq olar. Digər tərəfdən, Xocalı soyqırımı ilə bağlı müsəlman və xristian din xadimlərinin birgə bəyanatının da verilməsi məqsədəuyğun olar. Çünki bu ağır cinayət ermənilərin İsa Məsihin təliminə də xəyanət etdiklərini, onların saxta xristian olduqlarını da göstərmiş oldu.

“Hesab edirəm ki, bəzi Avropa ölkələrində Holokostla bağlı qərarlarda olduğu kimi, Xocalı soyqırımını da inkar edənlər müvafiq şəkildə cəzalandırılmalıdır. Mən, həmçinin İslam dövlətlərinin paytaxtlarında Xocalı abidəsinin ucaldılmasını, ərəb dilində yeni kitablarını nəşr edilməsini də təklif edirəm”, -deyən Mərvan Suda əlavə edib ki, Ermənistanın siyasi elitasında təmsil olunan və Xocalı qırğınında əli olmuş şəxslərin məhkəmə qarşısına çıxarılması, habelə onların barəsində beynəlxalq miqyasda hərəkət məhdudiyyəti və bank hesablarının dondurulması tədbirləri də görülməlidir. Bu şəxslər xüsusilə İslam ölkələrinə buraxılmamalı, onların adları İƏT-in arzuolunmaz şəxslər siyahısına salınmalıdır.

Akademik sonda Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıb, onlara Uca Allahdan rəhmət diləyib, bu ağır cinayətin təqsirkarlarının tezliklə cəzalandırılmasını arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb