RƏSMİ SƏNƏDLƏR
İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə
Əlahəzrət,
Əziz Qardaşım,
İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 may 2017-ci il.