Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İordaniyanın Kralı II Abdullahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan qürur duyuram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm.

Hörmətlə,

 

II Abdullah

İordaniyanın Kralı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin