“İPHONE 4” SMARTFONU SATIŞ REKORDLARINI VURUR
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 15-də, “iPhone 4” smartfonunun birinci sifariş günündə “Apple” şirkətinə yeni modeli əldə etmək istəyən 600 mindən çox istifadəçi müraciət etmişdir.
Smartfonu sifariş etmək istəyənlərin həddən artıq çox olması səbəbindən şirkətin və iPhone-nin satışına dair eksklüziv hüquqlara malik AT&T mobil rabitə operatorunun saytlarında problemlər yaranmışdır.
İyunun 16-dan iyulun 2-dək “Apple” şirkəti ilkin sifarişlərin qəbulunu dayandırmışdır.
Sorğularını həyata keçirə bilmiş istifadəçilər iyunun 24-də telefonlarını əldə edə biləcəklər.
Yeni modelin qiyməti AT&T müqaviləsi ilə birgə yaddaş həcmindən asılı olaraq (16 və ya 32 qiqabayt) 199-299 ABŞ dolları arasındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]