İQTİSADİYYAT
İqlim dəyişiklikləri ilə bağlı tədbir keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
İqlim dəyişiklikləri özünü bir çox sahədə artıq daha da güclü büruzə verməkdə, iqtisadiyyatın bütün sahələri, eləcə də maliyyə sektoru üçün yaratdığı risklər gün keçdikcə daha da güclənməkdədir.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, bu risklərin düzgün idraəedilməsi prosesinə dəstək vermək üçün beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ABA və “German Sparkassenstiftung”ün birgə təşkilatçılığı ilə “Climate change & Climate risk management” mövzusunda “workshop” keçirilib.
Tədbir beynəlxalq təşkilatın Azərbaycan üzrə nümayəndəsi Eduard Schmittin açılış nitqi ilə başlayıb, “İqlim dəyişikliyi və iqlim riskinin icmalı”, “Maliyyə sektoru üçün mövzunun əhəmiyyəti”, “Mərkəzi bankların qlobal yanaşmaları”, Maliyyə institutları üçün trendlər və ən yaxşı yanaşmalar” kimi mövzulara toxunulub.
Sonda mövzu üzrə suallar cavablandırılıb və müzakirə aparılıb.