ELM VƏ TƏHSİL
İqtisad Universitetinin üç tələbəsi Rusiyada təcrübə keçib
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri Rusiyanın Milli Tədqiqat Universitetinin (MTU) “Ali iqtisad Məktəbi”ndə təcrübə proqramının iştirakçıları olublar.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, proqram hər iki ali məktəb arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilib.
ADİU-nun beynəlxalq iqtisadi münasibətlər fakültəsinin 4-cu kurs tələbəsi Kamran Tanrıverdizadə, iqtisadiyyat və sənaye fakültəsinin 3-cü kurs tələbəsi Musayeva Əminə və həmin fakültənin 2-ci kurs tələbəsi Sona Şahmarova təcrübə müddətində MTU-nun “Ali iqtisad Məktəbi”ndə tədris prosesi və müxtəlif tədbirlərdə fəal iştirak ediblər.
Proqramın sonunda tələbələrə sertifikatlar təqdim olunub.