İQTİSADİYYAT
İqtisadi inkişaf naziri Samuxda vətəndaşları qəbul edəcəkdir
Bakı, 29 aprel (AZƏRTAC). İqtisadi inkişaf naziri Şahin Mustafayevin Samuxda vətəndaşları mayın 3-nə nəzərdə tutulan qəbulun vaxtı mayın 4-nə keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, həmin gün nazir Şahin Mustafayev saat 10-dan etibarən Samux şəhərindəki 2 nömrəli orta məktəbində Samux, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edəcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlardan İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin nazirliyin Gəncə-Qazax regional bölməsi (Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina) vasitəsilə qəbula yazılmaları xahiş olunur.