İQTİSADİYYAT
İqtisadi inkişaf naziri Xızıda vətəndaşları qəbul edəcəkdir
Bakı, 4 sentyabr (AZƏRTAC). Sentyabrın 7-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Xızı şəhərində Sumqayıt, Abşeron, Xızı, Şuşa, Qubadlı və Zəngilandan olan vətəndaşları qəbul edəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Xızı şəhəri, H.Əliyev prospekti, 42) təşkil olunacaqdır.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Abşeron regional bölməsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (018) 65-4-42-23, (050/055)-235-01-81, elektron poçt ünvanı [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və Facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.