İQTİSADİYYAT
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşı Astanada IV Avrasiya Forumunda iştirak edib
Bakı, 21 sentyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşı Malik Mehdiyev Qazaxıstanın paytaxtı Astana şəhərində "Mərkəzi Asiya 2050 - Regionun Potensialının Açılması" mövzusuna həsr olunmuş IV Avrasiya Forumunda iştirak edib.
AZƏRTAC İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna istinadla xəbər verir ki, tədbirdə 15 tanınmış araşdırmaçı tərəfindən hazırlanmış tədqiqat materialının təqdimatı keçirilib.
İsveçrə Milli Bankının (Swiss National Bank) maliyyə dəstəyi ilə keçirilən forumun həmtəşkilatçıları Qazaxıstanın Nazarbayev Universiteti, "Milli Analitik Mərkəz"i və ABŞ-ın "İnkişaf etməkdə olan bazarlar forumu" olub.