Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İqtisadi qurtuluşdan müasir islahatlara

İqtisadi qurtuluşdan müasir islahatlara

Bakı, 14 iyun, AZƏRTAC

Müasir Azərbaycan dövlətinin banisi, memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi idarəçilik fəlsəfəsi Azərbaycanın coğrafi limitlərindən kənara çıxaraq, dünya siyasi elitasının dövlət idarəetmə məktəbinin tərkib hissəsində yer alıb. Müdrik dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi illər çoxşaxəli fəaliyyətə əsaslanır. Təəccüblü deyil ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların hər birinin əsası ulu öndər Heydər Əliyev siyasətinə və ideyalarına dayanır. Məhz onun hakimiyyəti dönəmində müasir idarəçilik qabiliyyəti və zəhməti nəticəsində əldə edilən nailiyyətlər bu gün ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafına möhkəm zəmin yaradıb.

Bu fikirləri AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Nicat Hacızadə deyib.

O qeyd edib ki, dərin tənəzzüldən islahatçı ölkə statusuna qədər hərtərəfli transformasiya yaşayan Azərbaycanda həyata keçirilən islahatlar bazar iqtisadiyyatına keçid dönəmində Heydər Əliyevin əvəzedilməz zəhməti və müdrik siyasəti əsasında formalaşıb. Müasir dövrdə siyasi idarəetmə və millətlərin inkişafı ilə əlaqədar kitabları təhlil etdikdə, bazar iqtisadiyyatına keçid edən ölkələrin ilkin addımlarının demokratik və institusional islahatlardan başlanılması əsas tezis kimi götürülür. Daha sonra isə iqtisadi islahatlar mərhələsi başlayır ki, bütün bunlar müstəqil institutların təməlini qoyduqdan sonra həyata keçirilir. İqtisadi böyümə ilə demokratiya arasındakı münasibətlərin tənzimlənməsi uzun illər inzibati amirlik xüsusiyyətləri üzrə idarəetmə atmosferində yaşayan ölkə üçün çox çətindir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, 1991-ci ildən 1993-cü ilin iyun ayına qədər dövlət idarəetməsində siyasi iradəyə malik və müstəqil qərar qəbul edəcək institut və şəxslərin olmaması baş verən dərin tənəzzülü daha dərinləşdirərək əldə olunan müstəqilliyi və azadlığı qısamüddətli edəcəkdi. Paralel olaraq, ölkədə iqtisadi islahatlar və bunun üçün münbit və əlverişli şəraitlərin olmaması aparılmalı olan islahatları yalnız kağız üzərində saxlayır, implementasiya mərhələsinə qədəm qoymasını əngəlləyirdi.

İqtisadi siyasətin və siyasət elminin təməl sualı kollektiv qəraralma mexanizmlərini formalaşdıran amillərin nələr olmasıdır. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə demokratik prinsiplər əsasında parlament seçkiləri keçirilərək kollektiv qəraralma mexanizminin sağlam institutu formalaşdı. 1995-ci il iyunun 13-də Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsi haqqında qərar qəbul edildi. İyunun 14-də isə "Azərbaycan Respublikasının ali qanunvericilik orqanına seçkilərin keçirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalandı. Bundan əlavə, vətəndaş cəmiyyətinin, müstəqil siyasi-iqtisadi institutların yaradılması istiqamətində hüquqi normativ bazanın formalaşması, aparılan islahatların tərkib hissəsində qeyri-hökumət təşkilatlarının fəal iştirakı təmin edildi. Bütün bunlar aparılan və aparılacaq iqtisadi islahatlar üçün möhkəm dayaq yaradaraq onu dəstəkləyirdi. Ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının kökündə bazar iqtisadiyyatı prinsiplərini dəstəkləyən müstəqil və hüquqi dövlət dururdu ki, bu da məhz dahi şəxsiyyətin uzaqgörənliyindən və müdrikliyindən xəbər verirdi. Məhz onun apardığı siyasət nəticəsində 1993-1995-ci illərdə iqtisadi tənəzzülün qarşısı alınaraq, ÜDM 1996-2002-ci illərdə 71 faiz, 2002-ci ildə isə artaraq 6,1 milyard manata çatdı. 1994-cü ildən başlayaraq ölkəyə xarici kapital axını sürətlənərək, 2002-ci ildə 2,2 milyard ABŞ dollarına çatdı.

Təbii resurslardan səmərəli istifadə edilməsi və əldə olunan gəlirlərin əhalinin sosial rifah halının yaxşılaşdırılması, real sektorun inkişafı, infrastrukturun yenilənməsinə sərf olunması strategiyası tez bir zamanda öz səmərəsini verdi. Xüsusilə, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” müstəqil iqtisadi siyasətin təməl prinsipi idi. Bununla da Azərbaycan Avrasiya məkanında, neft-qaz layihələrində aparıcı qüvvəyə çevrilərək, regionun enerji təhlükəsizliyində xüsusi rol oynamağa başladı. Paralel olaraq, torpaq islahatlarının həyata keçirilməsi mülkiyyət azadlığının yaradılmasından başlanıldı. Dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları tətbiq olunması ilə 2 mindən çox kolxoz və sovxoz ləğv edildi. Göründüyü kimi, Heydər Əliyevin aqrar islahatlarının təməlində hüquqların qorunması, kəndliyə, fermerə etimad dayanırdı.

Heydər Əliyevin hakimiyyətinin növbəti illərində iqtisadi islahatların dərinləşməsi, özəlləşdirmə siyasəti, vergi və gömrük siyasəti, inzibatçılığın beynəlxalq təcrübəyə dayanaraq müasirləşdirilməsi və təkmilləşdirilməsi, neft sektorundan gələn gəlirlərdən səmərəli istifadə qeyri-neft sektorunun inkişafını təmin edib. Qeyd olunan islahatlar ümumi daxili məhsulun artması, biznes mühitinin münbitliyinin təmin edilməsi, daxili və xarici müstəqil iqtisadi siyasətin möhkəmlənməsi, xarici ticarət dövriyyəsinin, xüsusilə ixracın artması, bir sözlə, Azərbaycanın dünyanın iqtisadi xəritəsində geostrateji mövqeyinin möhkəmlənməsi, ölkəmizin Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməsi ilə nəticələndi. Heydər Əliyev Azərbaycana sabitlik gətirərək onu dünya miqyasında sabit ölkələrdən birinə çevirdi.

Müasir Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin liderliyi ilə regionda həyata keçirilən transmilli layihələrin əsas iştirakçısına çevrilib. Daim Heydər Əliyev strategiyasına əsaslanan iqtisadi siyasətin ideyalarını rəhbər tutan Prezident İlham Əliyev müstəqil və qarşılıqlı iqtisadi maraqlara dayanan siyasət həyata keçirir. “Həyata keçirilən iqtisadi islahatlarının hər birinin kökündə Azərbaycan vətəndaşına xidmət durur”, - deyən Prezident İlham Əliyev 2003-cü ildə Prezident seçildiyi gündən bu prinsipləri öz əməli işlərində sübuta yetirir. Xüsusilə, son dövrlər müasir çağırışlara uyğun islahatlar nəticəsində əhalinin həssas təbəqəsinin maddi rifah səviyyəsinin yüksəldilməsi, minimum əməkhaqqı və pensiyanın artırılması, məcburi köçkünlərin sosial infrastruktur həyatının rəvan çərçivəyə salınması, problemli kreditlərlə bağlı məsələnin həlli istiqamətində əsas yükü dövlətin öz üzərinə götürməsi, gözlənilməz və fövqəladə hal nəticəsində sahibkarlıq infrastrukturuna dövlət dəstəyi dövlətin iqtisadi blokunda həyata keçirilən dərin islahatların nəticəsidir.

İqtisadi tənəzzüldən qurtuluşa və qurtuluşdan müasir islahatlara keçən dövrdə ölkəmiz böyük uğurlar qazanıb. Bu şərəfli yol Ulu Öndərin dövlət idarəçilik məktəbinin ortaya qoyduğu yanaşmalar, qəbul olunan qərarlarla səciyyələnir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir