İQTİSADİYYAT
İqtisadiyyat nazirinin müavini Ağdaşda vətəndaşlarla görüşüb
Bakı, 25 noyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Ağdaş şəhərində vətəndaşlarla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşə gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.
Ağdaş şəhərində keçirilən görüşə gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.