RƏSMİ SƏNƏDLƏR
İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə
Hörmətli cənab Prezident,
Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 fevral 2018-ci il.