DÜNYA
İran ordusu təlimlərə başlayıb
Tehran, 24 may AZƏRTAC
Mayın 24-də İran İslam Respublikası ordusunun quru qoşunlarının İsfahanda “Beytül-Müqəddəs-29” adlı təlimləri başlanıb.
Bu barədə məlumat yayan yerli mətbuat bildirir ki, təlimlərə piyada qüvvələr, artilleriya, hərbi vertolyotlar və İran Ordusu Hərbi Hava Qoşunlarının qırıcı təyyarələri ilə yanaşı, pilotsuz ucan təyyarələr də cəlb edilib.
Təlimlərə general Nozər Neməti rəhbərlik edir.
Bəzi mətbuat orqanları yazır ki, təlimlər İran-İraq müharibəsi zamanı 578 gün işğalda qalmış Xürrəmşəhrin azad olunmasının 35 illiyinə həsr olunsa da, əslində, ABŞ Prezidentinin Yaxın Şərq səfəri zamanı İranın ünvanına söylədiyi təhdidlərə cavabdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]