İRAN PREZİDENTİ TƏƏSSÜF EDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İran Prezidenti Mahmud Əhmədinejad Roma Papasının sözlərinin təhrif olunmasından təəssüfləndiyini bildirmişdir. O, Venesuela paytaxtından Nyu-Yorka uçuşundan əvvəl jurnalistlərin suallarına cavabında demişdir ki, ona məlum olduğu kimi, Roma Papasının sözləri təhrif edilmiş və bu, müsəlman dünyasında narazılığa səbəb olmuşdur. O vurğulamışdır: “Biz Roma Papasına hörmətlə yanaşırıq”.
M.Əhmədinejad bildirmişdir ki, hansı dinə etiqad etməsindən asılı olmayaraq, əsil dindarlar sülhü və ədaləti dəstəkləyirlər və İsa Məsih də məhz həmin dəyərləri aşılayırdı. Həqiqətən, Allahın yolu ilə gedən müsəlman, xristian və yəhudilər qardaşlıq dünyasının tərəfdarlarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]