İRAN PREZİDENTİ XƏBƏRDARLIQ EDİR
Prezident demişdir: “İran dinc atom enerjisi istehsal etmək üçün qanuni hüququ olduğunu beynəlxalq birliyə dəfələrlə bildirmişdir. İran öz nüvə proqramına etimad yaratmaq üçün atom sahəsində bütün elmi və tədqiqat fəaliyyətini 2,5 il dayandırmışdır. BAEA-nın İran haqqında məruzələrində nüvə proqramımızda pozuntular olduğu bir dəfə də göstərilməmişdir”.
Onun sözlərinə görə, “tədqiqatların dayandırılması nəticəsində İran elminə vurulan zərər BAEA və bilavasitə baiskarlar tərəfindən ödənilməlidir. Nüvə silahının yayılmaması haqqında müqaviləyə (İran onun iştirakçısıdır) əsasən, BAEA və nüvə texnologiyalarına malik dövlətlər İranın dinc nüvə enerjisindən istifadə edə bilməsi üçün ona hərtərəfli kömək göstərməlidirlər”.
Mahmud Əhmədinejad xəbərdarlıq etmişdir ki, İran onun hüquqlarının pozulmasına yol verməyəcəkdir. O əmin olduğunu bildirmişdir ki, BAEA Müdirlər Şurasının bütün 35 üzvü gözəl başa düşür ki, İran bu Agentliyin qanunvericiliyindən, bir addım da olsun, yayınmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]