İRAN TƏKZİB EDİR
Bununla yanaşı, Möttəki İranın xaricdəki bir çox diplomatik nümayəndəlikləri rəhbərlərinin dəyişdiriləcəyi barədə xəbərləri təsdiqləmişdir. Onun sözlərinə görə, İranın müxtəlif ölkələrdəki 40 nəfərdən çox səfiri xaricə ezamiyyətlərini cari İran ilinin sonunadək (2006-cı il martın 20-dək) başa çatdıracaqdır. Onların çoxunun pensiya yaşına çatdığını bildirən nazir vurğulamışdır ki, xaricdə işləyən diplomatların əvəz edilməsi adi haldır və bunu hər hansı digər hadisələrlə əlaqələndirmək lazım deyildir.
Bundan əvvəl Qərb mətbuatının yaydığı xəbərlərə görə, İran səfirlərinin kütləvi surətdə geri çağırılması Prezident Mahmud Əhmədinejadın bu yaxınlarda verdiyi bəyanatların izah edilməsi məsələsində onların guya kifayət qədər qəti mövqe tutmaması ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]