İRAN TƏKZİB EDİR
İran XİN-in rəsmi nümayəndəsi Məhəmməd Əli Hüseyni bildirmişdir: “İranın özü dəfələrlə müxtəlif terror aktlalrına və onların nəticəsində ağır mənəvi və maddi zərərlərə məruz qalmışdır”.
Xatırladaq ki, oktyabrın 25-də Argentina prokurorluğu İranın sabiq prezidenti Haşimi Rəfsəncani və ölkənin güc qurumlarının keçmiş rəhbərləri sırasından daha yeddi nəfər, habelə “Hizbullah” barəsində beynəlxalq axtarış elan olunmasını tələb etmişdir. Prokurorluğun iddiasına görə, yəhudi mərkəzini partlatmaq qərarını İran rəhbərliyi 1993-cü ildə qəbul etmiş, bunun icrasını isə Livan qruplaşmasının yaraqlılarına tapşırmışdır.
1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzində partlayış nəticəsində 85 nəfər həlak olmuş, 200-dək adam xəsarət almışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [22:14]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]