İRAN XİN ABŞ-IN TƏKLİFİNİ RƏDD ETMİŞDİR
İran Milli Olimpiya Komitəsinin başçısı Rza Qaraxanlı demişdir: “İslam Respublikasının xarici siyasət idarəsi ABŞ və İran Olimpiya Komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanması təklifini rədd etmişdir”. Lakin məmur bu qərarın səbəblərini açıqlamamışdır. Bununla belə, o bildirmişdir ki, bu addım hər hansı Olimpiya federasiyası ilə qarşılıqlı əlaqələrin kəsilməsi demək deyil və hər bir təklifə onun həyata keçirilə bilib-bilməyəcəyinə əsasən baxılacaqdır.
ABŞ aprel ayında Olimpiadanın potensial mükafatçıları kimi nəzərdən keçirilən ən yaxşı İran idmançılarını Amerika ərazisində məşqə dəvət etmişdi. Təklifi Birləşmiş Ştatların həm Olimpiya Komitəsi, həm də Dövlət Departamenti dəstəkləmişdi. Təşəbbüs baş tutsaydı, bu, Pekin Olimpiadası ərəfəsində iki ölkənin Olimpiya komitələri arasında ilk əməkdaşlıq olardı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [12:25]
Moskva aeroportları dron hücumları səbəbindən gecə boyu işləməyib
- 17.11.2026 [12:18]
Sofi Bine: Emmanuel Makronun onillik hakimiyyəti fəlakətli dövr olub
- 17.11.2026 [11:54]
Alıcılıq qabiliyyətinin azalması fransızların qida vərdişlərini dəyişdirib
- 17.11.2026 [11:32]
Fransanın Aİ-dən çıxmasının riskləri: “Frexit” ölkəyə nə vəd edir?
- 17.11.2026 [11:01]
Çinin “Mengxiang” qazma gəmisi yeni dünya rekordu müəyyən edib
- 17.11.2026 [10:45]