DÜNYA
İran Yəməndəki hərbi əməliyyatların dayandırılmasını tələb edir
Tehran, 27 mart, AZƏRTAC
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yəmənə endirilən hava zərbələrini pisləyib və rəsmi Tehranın problemin siyasi yolla həllinə tərəfdar olduğunu bəyan edib. Nazir deyib ki, Yəmənə siyasi təsir etmək iqtidarına malik olan tərəflər münaqişənin sülh yolu ilə aradan qaldırılmasına çalışmalıdırlar. Yəməndə milli barışığın əldə edilməsi üçün danışıqlar masası arxasında oturmaq lazımdır. Əks təqdirdə vəziyyət daha da kəskinləşəcək və regionda həlli çətin olan yeni münaqişə ocağı yaranacaq.
Yəmənin bombalanması nəticəsində dinc əhalinin daha çox ziyan çəkdiyini deyən Məhəmməd Cavad Zərif beynəlxalq birliyi bu dövlətin suverenliyinə hörmətlə yanaşmağa çağırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]
Çexiyada pivə istehlakı tarixi minimuma enib
- 08.05.2024 [12:55]
“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir
- 08.05.2024 [12:45]
İsrail Kerem-Şalom keçid məntəqəsini açıb
- 08.05.2024 [12:20]