İran yeni silahını təqdim edib
Tehran, 10 mart, AZƏRTAC
İranın tamamilə yerli istehsalı olan “Məsaf” avtomatı Silahlı Qüvvələrin istifadəsinə verilib və yaxın gələcəkdə orduda istifadə olunan avtomat silahlar dəyişdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın müdafiə naziri, general-mayor Əmir xatəmi verib. O bildirib ki, iranlı konstruktorlar piyada qoşunlarının tələbatını nəzərə alaraq bu silahı hazırlayıblar. General-mayorun sözlərinə görə, İran silahı olan “Məsaf” avtomatı dünyanın modern silahları ilə rəqabət qabiliyyətinə malikdir.
“Məsaf” digər avtomat silahlardan çəkisinə görə fərqlənir və nişangahla təchiz olunub. Bu silah ən qısa müddətdə və xüsusi vasitələrə ehtiyac olmadan snayper və tüfəng tiplərinə çevrilə biləcək formada konfiqurasiya edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]