İranda Ekspertlər Şurasının üzvü öldürülüb
Bakı, 26 aprel, AZƏRTAC
İranın şimalında yerləşən Mazandaran əyalətində İslam Respublikasının dini liderini seçən Ekspertlər Şurasının üzvü Abbas Əli Süleymani qətlə yetirilib.
AZƏRTAC Tasnim agentliyinə istinadla xəbər verir ki, cinayət Babolsar şəhərində törədilib. Polis siyasətçiyə qarşı sui-qəsd törədən şəxsi saxlayıb. Mazandaran əyalətinin təhlükəsizlik qüvvələri şura üzvünün qətlə yetirildiyini təsdiqləyib, lakin cinayətin motivləri bəlli deyil.
Abbas Əli Süleymani İranın dini lideri Ayətullah Xameneinin İsfahan əyalətinin Kaşan və Bəlucistan əyalətinin Sistan şəhərlərindəki nümayəndəsi vəzifəsini tuturdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]