İranda karantin rejimi sərtləşdirilib
Tehran, 1 iyul, AZƏRTAC
İyulun 1-dən başlayaraq paytaxt Tehran şəhəri ilə yanaşı, İranın 11 vilayətində karantin rejimi sərtləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə nazirinin müavini İrəç Hərirçi televiziyada çıxışı zamanı deyib. O bildirib ki, koronavirusun geniş yayılması nəticəsində yoluxma və ölüm hallarının artması karantin rejiminin bəzi vilayətlərdə sərtləşdirilməsini zərurətə çevirib. İki həftə ərzində bütün kütləvi toplanma yerlərində tibbi maskadan istifadə məcburi olacaq. Bununla yanaşı, İranın Qərbi və Şərqi Azərbaycan, Sistan-Bəlucistan, Fars, Kirman , Əlborz, Hörmüzgan, Rezavi, Buşəhr vilayətlərində sərt karantin rejimi tətbiq ediləcək.
Karantin rejimi müddətində insanların kütləvi toplaşdığı yerlər bağlanıb, zərurət olmadan evdən çıxmaq qadağan edilib.
Nazir müavini bildirib ki, vəziyyətdən asılı olaraq karantin rejiminin müddəti uzadıla bilər. Adıçəkilən vilayətlərdə bir daha dezinfeksiya işləri aparılacaq.
Xatırladaq ki, İranda koronavirusdan hər gün 100-dən çox adam ölür.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [15:39]
“Alışan buzdan” qaz hasil edilməsinin metodu kəşf olunub
- 12.11.2026 [15:30]
Mixeil Kavelaşvili Türkiyə Prezidentini Gürcüstana dəvət edib
- 12.11.2026 [15:29]
“Bundesbank”: Almaniyada maliyyə sabitliyinə yönəlmiş risklər artır
- 12.11.2026 [15:04]
Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək
- 12.11.2026 [14:53]
Fransada bomba həyəcanı səbəbindən qatarların hərəkəti dayandırılıb
İstehlak qiymətləri açıqlanıb
- [15:22]
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]