İRANDA PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLİR
Martın 14-də İran İslam Şurası Məclisinə 8-ci çağırış seçkilər keçirilir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yerli vaxtla səhər saat 8-də ölkənin bütün ərazisində seçki məntəqələri açılmışdır. Səsvermədə istirak edən ölkənin ali dini rəhbəri Seyid Əli Xameneyi bildirmişdir ki, seçicilər İranın milli maraqlarına xidmət edən parlamentin tərkibini müəyyən edəcəklər.
İranda seçkiləri Daxili İşlər Nazirliyi (DİN) həyata keçirir. Daxili işlər naziri Pir Məhəmmədi bildirmişdir ki, ölkə üzrə 43 milyon nəfərə yaxın seçici vardır. Parlamentdə 290 yer uğrunda mübarizədə partiyaların nümayəndələri və bitərəflər iştirak edirlər. Namizədlərin ümumi sayı 4755 nəfərdir. Onların 616 nəfəri qadındır.
Səsvermə axşam saat 20-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [11:57]
Tbilisinin Poniçala qəsəbəsində yaşayış binasında partlayış olub
- 19.11.2026 [11:50]
Pakistanda daha 409 əfqan məhbus azadlığa buraxılıb
- 19.11.2026 [11:46]
İtaliya hibrid təhdidlərlə mübarizəyə 6 milyard avro ayıracaq
- 19.11.2026 [11:38]
ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb
- 19.11.2026 [11:26]
Dağıstanda güclü yanğın nəticəsində 7 evə və məktəb binasına ziyan dəyib
- 19.11.2026 [11:22]