İranda polis məntəqəsinə hücum edilib
Bakı, 8 iyul, AZƏRTAC
İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslər polis məntəqəsinə hücum ediblər.
AZƏRTAC İran mediasına istinadla xəbər verir ki, hücum nəticəsində azı bir polis əməkdaşı həlak olub. İnsidentin yerli vaxtla saat 7:15-də (Bakı vaxtı ilə 7:45) əyalətin administrativ mərkəzi olan Zahedan şəhərində baş verdiyi bildirilir.
Şəhər prokurorluğunun məlumatına görə, əvvəlcə polis məntəqəsi yaxınlığında partlayış törədilib, bundan sonra bir neçə naməlum şəxs binaya daxil olaraq atəş açmağa başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [12:43]
Fransa Ukraynada hərbi personalının iştirakını təsdiqləyib
- 19.11.2026 [12:37]
Çin, ABŞ və Rusiya liderlərinin üçtərəfli görüşü başlayıb
- 19.11.2026 [12:36]
İran: Regional təhlükəsizlik xarici müdaxilə olmadan təmin edilməlidir
- 19.11.2026 [12:15]
Tütündən istifadə hər il 8 milyon insanın həyatına son qoyur
- 19.11.2026 [12:09]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,6 faiz artıb
- 19.11.2026 [11:57]