İranda təbii fəlakət davam edir
Tehran, 29 mart, AZƏRTAC
Artıq 10-cu gündür ki, aramsız yağan yağışlar İran şəhərlərinə ziyan vurmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Gülüstan İranın seldən ən çox ziyan görən vilayətidir. Vilayətin Gümüştəpə şəhəri tamamilə sel sularının altında qalıb. Əhali xilasedicilərlə birlikdə süni bəndlər quraraq sel sularının qarşısını almağa çalışır. İranda yeni il ilə əlaqədar tətil günləri davam etdiyi üçün məktəblər, xəstəxanalar və dövlət idarələri işləmir. Yerli mətbuatın yazdığına görə, şəhərdən su çəkilənə qədər tətil günləri davam etdiriləcək.
Hidrometeoroloqlar yağışın hələ 2 gün davam edəcəyini bildiriblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran