İranda “Tehran dialoqu” forumu keçiriləcək
Tehran, 14 mart, AZƏRTAC
Martın 16-da “Tehran dialoqu” forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib. O qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq videokonfrans formatında keçiriləcək forumda Körfəz ölkələrinin problemləri, Əfqanıstan məsələsi, Orta Asiya və Qafqazdakı vəziyyət müzakirə ediləcək.
Avropa və Asiya ölkələrində fəaliyyət göstərən analitik mərkəzlərin nümayəndələri, dövlət xadimləri və beynəlxalq siyasi araşdırma institutlarının rəhbərləri forumda iştirak edəcəklər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [19:31]
Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]